Dövlət xəstəxanalarında MRT müayinəsinin cavabları niyə 3 gün sonra VERİLİR? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Dövlət xəstəxanalarında MRT müayinəsinin cavabları niyə 3 gün sonra VERİLİR? – Rəsmi AÇIQLAMA

224738

Dövlət xəstəxanalarında müayinə olunan xəstələri narahat edən məsələlərdən biri də müayinə cavablarının ləngiməsidir. Belə ki, xəstəliyin daha dəqiq aşkarlanması üçün dövlət tibb müəssisələrində maqnit rezonans tomoqrafiyasından (MRT) istifadə edənlər cavabların günlərlə gecikdiyini iddia edirlər. Yəni cavablar xəstəyə dərhal deyil, 2-3 gün sonra təqdim olunur.

Bildiyimiz kimi, MRT insan bədəninin bütün daxili orqanlanı müayinə etməyə imkan verir.

Səhhətində problem yaranan şəxs xəstəliyin daha aydın, sürətli aşkarlanması, dəqiq diaqnozun qoyulması üçün həm həkimlərin tövsiyəsi, həm də öz istəyi ilə maqnit rezonans tomoqrafiyasından istifadə edir. Lakin cavabın gecikməsi onların səhhətinə mənfi təsir edir, xəstəliyin müalicəsini ləngidir.

Bəs buna səbəb nədir? Müasir dövrdə hər şey daha sürətli həyata keçirilərkən gecikmə nə ilə bağlıdır?

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.

Qurumdan Bizim.Media-ya bildirilib ki, təcili, təxirəsalınmaz hallar üzrə MRT müayinəsi maksimum qısa müddət ərzində həyata keçirilir:

“Maqnit rezonans tomoqrafiyası (MRT) baş beyni, onurğa beyni və digər daxili orqanların yüksək keyfiyyətli görüntülənməsinə imkan verir. Müasir MRT texnologiyaları, orqanların işini qeyri-invaziv şəkildə tədqiq etməyi mümkün edir-qan axınının və serebrospinal mayenin axın sürətini ölçür, toxumalarda diffuziya səviyyəsini müəyyən edir, beyin qabığının aktivliyini, onun konkret sahəsinin cavabdeh olduğu orqanları müşahidə edir.

MRT təyinatı ixtisası həkim göstərişi əsasında mümkündür. Təcili, təxirəsalınmaz hallar üzrə MRT müayinəsi maksimum qısa müddət ərzində, planlı hallar üzrə isə növbəli şəkildə icra olunur”.

Qurumun məlumatında MRT müayinəsinə müraciətlərin artdığı da qeyd edilib:

“TƏBİB-in tabeli tibb müəssisələrinə MRT müayinəsi üzrə 10 ay ərzində 112.000 müraciət qeydə alınıb.  Statistikadan da göründüyü kimi, ötən müddət ərzində dövlət tibb müəssisələrinə MRT müayinəsi üçün müraciət edənlərin sayında kəskin artım qeydə alınıb. Qaydaya uyğun olaraq, müayinə nəticələrinin hazırlanması prosesində çeşidlənmə həyata keçirilir və növbəli şəkildə icra olunur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin