Sertifikasiya həkimi vəzifədən azad etmir - Nazirlik 

Hazırda oxunan: Sertifikasiya həkimi vəzifədən azad etmir - Nazirlik 

22473

“Sertifikasiyadan keçməyən həkimin diplomu əlindən alınmır”.

Bizim.Media-nın məlumatına görə, bunu "Tibb işçilərinin sertifikasiyası" mövzusunda çıxışında Səhiyyə Nazirliyi Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Hazırki sertifikasiya yararsızdır... həkimləri “keçi” qiymətinə satırlar” - ETİRAZ


O bildirib ki, həmin şəxs praktik tibb fəaliyyətinə buraxılmır:

“Diplom heç kimin əlindən alınmır. Sertifikasiya işçini vəzifədən azad etmir. İmtahandan uğurlu keçdikdən sonra həkim praktik fəaliyyətə davam edə bilər. Sertifikasiya Komissiyası kimisə işdən çıxarmır, müqaviləsinə xitam vermir”.

Onun sözlərinə görə, praktik fəaliyyətlə məşğul olmayanlar sertifikasiya imtahanına cəlb olunmurlar: 

“İki dəfə imtahanda uğursuz olan şəxsin işlədiyi müəssisə tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Amma həmin şəxs sonra istənilən qədər sertifikasiya imtahanında iştirak edə bilər”. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin