26 iyul "Elat bayramı" günüdür

Hazırda oxunan: 26 iyul "Elat bayramı" günüdür

224715
2009-cu ildən bu yana elimiz, millətimiz, dostluq, birlik və bərabərlik adına enişli-yoxuşlu yol gəlməkdəyik. Çox namərdliklər, nakişiliklər, xəyanət, siyasi sistemimizin, hüquq sisteminin naqisliklərini gördük. Heç kimin qapısının ağzında pul, para dilənmədik. Yolumuzun inşasında haram olmadı, soydaşımın insafına, ədəb-ərkanına, adət-ənənəsinə,xa0 eşqinə hesabladıq. Bir az romantik görünə bilər. Yenə də doğru etdiyimizin qənaətindəyəm.xa0

İmana gələni də, dənə susayanı da gördük. Ən əsası ədalət meyarlarına sadiq qaldıq, elimizin saf ruhuna, sağlam əqidəli aydınlarımızın, ozanlarımızın, söz ustadlarının, elimizdə əil öpülməyə layiq ağsaqqallarımızın hikmətinəxa0 güvəndik. Yolun ağır, amma şərəfli olduğuna inandıq.

Bu müddətdə sağlam, öyünüləcək və gələcəyin ruhani memarı olan, elimizin hər guşəsinin say-seçmə şəxsiyyətlərindən ibarət bir komanda yarandı. Bütün basqılara baxmayaraq yola sadiq, elini, millətini maddi təmənna ummayan sevən, bu yolda fədakarlıq edən saf bir karvan formalaşdı. Borçalının hər diyarından, Türkiyədən, Avropadan, Türk dünyasından seçilənlər bir ocaq ətrafına toplandı.xa0
Bir Elat tonqalı çata bildik. Hamı isindi. Hamı bu tonqalın işığından, hənirindən güc, inam qazandı. Elimiz heç kimsədən yardım ummadan özü səfərbər olunmağa başladı. Amma bu tonqalı söndürmək üçün birləşənlər də az olmadı.xa0

Siyasi dəllallar, var, şöhrət hərisləri, onun-bunun qazanının artığı ilə dolananlar, ermənilər, PKK zehniyyətlilər, rus-fars nökərləri, şovinizm qarşımıza vahid cəbhədə çıxdılar. Dost xəyanətindən sığortalana bilmədik. Çürük siyasi təfəkkür daşıyıcıları səlahiyyətlərindən sui istifadə etdilər. Gürcüstan iqtidarı, Azərbaycandakı məsləkdaşları ilə birləşərək şərəfsizlik etdilər. Elat bayramını Dmanisoba ilə əvəzlədilər, şanlı türkiyə və Azərbaycan bayraqlarının qoşa dalğalanmasından əndişələndilər, Borçalı Cəmiyyətini süni şəkildə tirajlamağa girişdilər, ata-anamın, əzizlərimin qəbrini ziyarət etmə imkanlarımı məhdudlaşdırdılar. Bu xəyanətdə əl alətləri olan soydaşlarımdan, etimadımızı qazanan dönüklərdən, həttaxa0 qohumdan da istifadə etdilər. Saxtakarlıq at minib, meydan suladı.xa0 Amma yolumuzu durdura bilmədilər, əngəllər yaratdılar.xa0

Yenə 26 iyul tarixi meydandadı, adı Dmanisoba olsa da, insanların ruhunda, qəlbindəxa0 Elat bayramı işığını söndürə bilmədilər. Bu il də yəqin, yenə Elat bayramı tarixində Dmanisoba keçirəcəklər. Olsun. Bu qalibiyyətləri deyil, onların. Onlar rəzil durumda eqoistlikləri, mədəniyyətimə sayğısızlıqları, milli kimliyimizə qısqanc yanaşmaları ilə məğlubdurlar.

Amma heç nə gec deyil, Gürcüstanın ağıllıları buraxılan xataları unutmalı, düzəltməli, daha dolğun qərar verməlidirlər. Soydaşımın, millətimin yoluna kötük atanları meydandan qovmalı, sağlam gürcü mədəniyyətini, knyazlıq dəyərlərini nümayiş etdirməli, Elat bayramına vurmaq istədiklıəri qıfılı sındırmalıdırlar. 26 iyul Elat bayramı- dostluq, qardaşlıq, barış və sülh bayramı ən yüksək səviyyədə öz durdurulduğu yerdən başlamalıdır. Allah qismət eləsin.xa0xa0

Bu anda söz soydaşımındır. O, öz hikmətini nümayiş etdirəcək, yol kəsənlərə öz yerlərini göstərəcəkdir.xa0 Gələcəyə inamlıyıq. Qarşıdan gələn Elat bayramınız mübarək olsun.

Zəlimxan Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin