Cəlilabad rayonunun Adnalı kəndində 82 yaşlı Rübabə Əhmədova tənha vəziyyətdə aşkarlanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumat əsasında kənd sakinləri aidiyyəti qurumlara xəbər veriblər.
Hərəkət imkanları məhdud olan və yataqdan çıxa bilməyən yaşlı qadın Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək ilkin tibbi yardım alıb.
Daha sonra onun sağlamlıq vəziyyəti ilə bağlı ixtisaslaşmış xəstəxanaya göndərilməsi qərara alınıb. Psixoloji durumu nəzərə alınaraq, Rübabə Əhmədova əvvəlcə Lənkəranda, daha sonra Salyanda yerləşən psixiatriya xəstəxanalarına göndərilib, lakin müəyyən səbəblərdən geri qaytarılıb.
Hazırda qadın Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.
Onun xəstəxanaya və ya qocalar evinə yerləşdirilməsi məsələsi hələ dəqiqləşdirilməyib.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
![](https://a.bizim.media/file/articles/2024/12/10/1733845115_1.jpg)
- A-
- A
- A+
Cəmiyyət
19:33 / 10.12.2024
Cəlilabadda 82 yaşlı hərəkət imkanları məhdud tənha qadına YARDIM EDİLDİ - FOTO
Hazırda oxunan: Cəlilabadda 82 yaşlı hərəkət imkanları məhdud tənha qadına YARDIM EDİLDİ - FOTO
Hazırda oxunan: Cəlilabadda 82 yaşlı hərəkət imkanları məhdud tənha qadına YARDIM EDİLDİ - FOTO
224657
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.