“iPhone 15” aldı, içərisindən plastilin çıxdı – VİDEO

Hazırda oxunan: “iPhone 15” aldı, içərisindən plastilin çıxdı – VİDEO

224621

Rusiyada mağazadan yeni alınmış “iPhone 15” qutusundan plastilin parçası çıxıb.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər veir ki, qəribə olay Yekaterinburq şəhərində baş verib.

Məlumata görə, Yekaterinburq sakini "Eldorado" mağazasında özünə “iPhone 15” seçib və telefonun ödənişini edib, lakin evə gələrək qablaşdırmanı açdıqda qutunun içərisindən plastilin aşkar edib. Bundan sonra alıcı mağazaya qayıdıb.

Müştəri ilə görüşən əməkdaşlardan biri belə halların artıq baş verdiyini bildirib. Mağaza işçisi guya yeni telefonu götürmək üçün anbara gedib, lakin geri qayıtmayıb. Başqa bir məsləhətçi zərərçəkmişə mağazaya şikayət yazmağı tövsiyə edib. Bildirilib ki, şikayətə 10 gün ərzində baxılacaq. Vəziyyətin həll olunub-olunmadığı açıqlanmayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin