28 May metrosu ətrafındakı yeni velosiped yolları niyə SÜRÜŞKƏNDİR? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: 28 May metrosu ətrafındakı yeni velosiped yolları niyə SÜRÜŞKƏNDİR? – Rəsmi AÇIQLAMA

224611

28 May metrosu ətrafında salınan yeni velosiped yolları yağışlı havada velosiped sürücüləri üçün təhlükə yaradır. Yağış yağan zaman yol örtüyünün sürüşkən olması səbəbilə velosipedçilər qəza törədirlər. Artıq bir neçə dəfə yıxılıb xəsarət alanlar da olub.

Yol salınarkən təhlükəsizlik qaydaları niyə nəzərə alınmayıb? Yağışlı havada bu cür halların baş verməməsi üçün hansısa tədbirlərin görülməsi düşünülürmü?

Məsələ ilə bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən (MKTD) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən velosiped yolu xarici mütəxəssislərin hazırladığı layihə əsasında salınıb:

“Yolun həm səthi, həm də digər parametrlərı bütün standartlara uyğundur.

Yolun sürüşkən olmasına gəlincə isə, velosiped təkərlərinin rezin olmasını nəzərə alaraq ərazidə sürüşmə olması riski minimuma endirilir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin