28 May-Respublika Günü ilə əlaqədar qeyri-iş günündə Dövlət Gömrük Komitəsi gündəlik iş rejimində fəaliyyət göstərəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömək Komitəsinin mətbuat katibi Natiq Axundov bildirib.
Onun sözlərinə görə gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri mayın 28-də gündəlik iş rejimində fəaliyyət göstərəcək.
Qurum rəsmisi əlavə edib ki, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:30 / 26.05.2021
Gömrük Komitəsi bayram günü də işləyəcək - RƏSMİ
Hazırda oxunan: Gömrük Komitəsi bayram günü də işləyəcək - RƏSMİ
Hazırda oxunan: Gömrük Komitəsi bayram günü də işləyəcək - RƏSMİ
22459
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.