Sumqayıtda bir nəfərin 20 min dolları dələduzluqla ələ keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini olan bir nəfərin 20000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı B.Eyvazov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Bizim.Media