Memarlıq və İnşaat Universitetinin liftləri niyə tez-tez DAYANIR? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Memarlıq və İnşaat Universitetinin liftləri niyə tez-tez DAYANIR? – Rəsmi AÇIQLAMA

224574

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) liftlərində tez-tez problemlər yaşanır.

Bununla bağlı universitetin tələbələrindən Bizim.Media-ya şikayət daxil olub. Tələbələrin bildirdiyinə görə xüsusilə universitetin 1-ci korpusunun liftlərində vaxtaşırı dayanma və nasazlıqlar müşahidə olunur.

Məsələni aydınlaşdırmaq üçün AZMİU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsinə sorğu ünvanladıq.

Universitetin mətbuat katibi Nicat Abdullayev Bizim.Media-ya açıqlamasında qeyd edib ki, liftlərin hər biri işlək vəziyyətdədir:

“Bizdə belə bir məlumat yoxdur. Amma məsələni araşdırıb, lazımi tədbirləri həyata keçirməyə hazırıq. Qeyd edim ki, AZMİU-nun 3 tədris binası var. Bunlardan birində 12, birində isə 5 sürətli lift mövcuddur. Liftlərə vaxtında bax keçirilir, təmir işləri aparılır. Universitetdə liftlərə texniki qulluq göstərən əməkdaşlar mövcuddur. Həmçinin mütəmadi olaraq da texniki sazlama işlərini aparan şirkətlərlə əməkdaşlıq edilir”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin