“Azərbaycanda bir neçə ildir qeyri-dövlət uşaq müsəssisləri formalaşıb. Çox təəsüf ki, orada uşaqların hüquqlarının qorunması, uşaqlara xidmətlə bağlı nəzarətin dövlət tərəfindən həyata keçirilməsi məsələsi yox idi”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov parlamentin dekabrın 10-da keçirilən iclasında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanununda dəyişiklik edilməsi haqqında qanunun layihəsi və Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşu zamanı deyib.
O bildirib ki, yeni qanun layihəsində bu məsələ öz əksini tapıb:
“Qanun layihəsi ilə həm dövlət, həm də özəl uşaq müəssisələrində uşaqların hüquqlarının qorunması, uşaqlara xidmətlərlə bağlı monitorinqlərin həyata keçirlməsi öz əksini tapıb.
Ümumilkdə qanun layihəsi uşaqların hüquqlarının qorunmasına müsbət töhfəsini verəcək”.
Günay Şahmar, Bizim.Media