Ödənişli yolla bağlı yeni QANUN – Bu şəxslər 200 manat CƏRİMƏLƏNƏCƏK

Hazırda oxunan: Ödənişli yolla bağlı yeni QANUN – Bu şəxslər 200 manat CƏRİMƏLƏNƏCƏK

224566

Ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə yüz əlli manat məbləğində cərimə edilir.

Bizim.Media xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif olunan yeni maddə Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Maddəyə əsasən, buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə iki yüz manat məbləğində cərimə edilir.

Layihə səs qoyularaq, birinci oxunuşda qəbul olunub.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin