2024-cü ilin yanvar-noyabr ayları ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 160 milyon 277,7 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yayıb.
Mənbə qeyd edib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 21 milyon 301,7 min manatdan çox olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:45 / 10.12.2024
Bu il vətəndaşlara 160 milyon manatdan çox ƏDV qaytarılıb
Hazırda oxunan: Bu il vətəndaşlara 160 milyon manatdan çox ƏDV qaytarılıb
Hazırda oxunan: Bu il vətəndaşlara 160 milyon manatdan çox ƏDV qaytarılıb
224560
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.