“Təbii ki, hər birimiz istəyərdik ki, son zamanlar baş verən hadisələrə dair məlumatları Birgə Monitorinq Mərkəzindən əldə edək, lakin onların indiyə qədər bu proseslərə münasibətini öyrənmək mümkün olmaylıb”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev səsləndirdi. Ekspert əlavə etdi ki, “görünür bu məsələlərin, məhz bu şəkildə həyata keçirilməsi ölkə rəhbərlikləri arasında razılaşdırılıb”.
MÖVZU İLƏ BAĞLI:
Kəlbəcər və Gədəbəydəki mövqelərimiz atəşə tutuldu - Müdafiə Nazirliyi
Xatırladaq ki, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-da Ağdamda yaradılıb və şəxsi heyətin sayı 120 nəfərdir.
Onlardan 60-ı Türkiyə, digər 60 nəfəri isə Rusiya hərbçiləridir. 4 aya yaxındır ki, 4 hektar ərazidə fəaliyyət göstərən mərkəzdən xəbər-ətər yoxdur.
Anar Rəhimov, Bizim.Media