Göygöldə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rəvan Yusifovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Bəhruz Müslümovun icraatına verilib.
Qeyd: Hadisə Göygöl rayonunda yerləşən Heydər Əliyev parkında qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü R.Yusibov anası, 1989-cu il təvəllüldlü Səlvinə Nəsibovaya bir neçə bıçaq xəsarəti yetirib.
Daha sonra R.Yusibov saxlanılaraq istintaqa təhvil verilib.
Bizim.Media