Arvadını döyən şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Arvadını döyən şəxsə HÖKM OXUNDU

224528

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Samir Həsrətovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.

İttihama görə, hadisə 04 oktyabr 2024-cü il tarixdə, saat 21:30 radələrində Abşeron rayonunda qeydə alınıb.

Belə ki, Samir Həsrətovla həyat yoldaşı, zərərçəkmiş Nairə Həsrətova (şərti) arasında ailə-məişət münasibətləri zəminində mübahisə yaranıb. Bu zaman o, qəsdən yumruqla qadının başına bir neçə dəfə və sağ göz nahiyəsinə isə bir dəfə vuraraq yüngül zərərvurmaya aid xəsarət yetirib.

Hadisədən sonra Samir Həsrətov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin