Bakıda 34 yaşlı kişi işlədiyi mağazadan ət OĞURLADI

Hazırda oxunan: Bakıda 34 yaşlı kişi işlədiyi mağazadan ət OĞURLADI

224479

Bakıda işlədiyi mağazadan 5800 manatlıq ət oğurlayan Naftalan şəhər sakini 1992-ci təvəllüdlü Elmir Əmirov həbs edilib.

Bizim.Media publika.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən "Premium ət" mağazasında baş verib.
 

Mağazada qəssab köməkçisi işləyən Elmir oranın sahibinin rayona getməsindən istifadə edərək mağazadan 5800 manatlıq əti maşına yükləyərək uzaqlaşıb.


Hadisənin üstü açıldıqdan sonra o həbs edilib və barəsində cinayət işi açılıb. Bundan sonra Elmir müdirinə vurduğu ziyanı ödəyib. Nəticədə, iş adamı şikayətini geri götürüb.

Səbail Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Elmirə 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun ayağına elektron təqib cihazı yerləşdirilib və məhkəmə zalında həbsdən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin