“İsgəndər Həmidov Şahin Musayevə deyib ki...”- "200 nəfərlə Şuşaya getməyə hazırıq...”

Hazırda oxunan: “İsgəndər Həmidov Şahin Musayevə deyib ki...”- "200 nəfərlə Şuşaya getməyə hazırıq...”

224474
Rafiq Nağıyev:”Mayın 8-i saat 15.00-da Şuşaya hücum edən ermənilər komanda məntəqələrinə bildirir: “İrəli gedə bilmirik, geri çəkilirik”…”

…Şuşa və Laçının 26-cı qara “yubileyi” tamamlansa da, hər biri bir təbii qala olan bu dilbər guşələrimizin asanlıqla düşmənə təslim edilməsinin ağrı-acısı bir yana, həm dəxa0 onların işğal sirlərinin açılmaması, işğalçı və terrorçu ermənilər bir yana, Azərbaycan hakimiyyəti və hərbi rəhbərlikdə buna şərait yaratmış xainlərin cəzalandırılmaması qəlbimizi yaxıb yandırır...

...26 il öncə bu günlərdə Şuşa və Laçın ətrafında təxribatlar baş alıb gedir, məntiqsiz əmr və göstərişlər verilirdi.xa0 30 aprel 1992-ci ildə Azərbaycanın o vaxtkı Baş Qərargah rəisi Şahin Musayevin hazırlatdığı və müdafiə naziri Rəhim Qazıyevin imzaladığı əmrləxa0 o dövr üçün kifayət qədər nizam-intizamla idarə olunan, polkovnik Arif Paşayevin komandirlik etdiyi Laçın alayı - 811 saylı hərbi hissə rəsmən ləğv olunaraq aprelin 22-dənxa0 Şuşa, Laçın, Qubadlı və Zəngilan bölgələri üzrə hərbi komendant təyin olunmuş polkovnik-leytenant Elburus Orucovun ixtiyarına buraxılır...xa0 Alay rəhbərliyi bu əmrə tabe olmasa da, şəxsi heyət bundan xəbər tutmasa da, qeyri-iradi komandanlıqda və döyüş əmrlərinin verilməsində pərakəndəlik və xaos yaranır....xa0 Sonradan məhkəmədə və müsahibələrində sabiq müdafiə naziri Rəhim Qazıyev o günlər işin hədsiz çoxluğundan onu hazırlayanlara etibar etməklə həmin əmri əsl məğzi ilə tanış olmadan imzaladığını bildirir...

Moderator.az 1992-ci il mayın 1-dən 18-dəkxa0 Laçında baş verənləri 811 saylı hərbi hissənin- Laçın alayının sabiq qərargah rəisi Rafiq Nağıyevinxa0 gündəlik və xatirələri əsasında nəzərinizə çatdırır.


(Yazının əvvəlki hissələri üçün bu linkə baxın: //www.moderator.az/news/224184.html)xa0

xa0“…Mayın 8-də gündüz Laçın şəhəri sanki qaynayırdı. Şuşadan çıxan mülki və hərbi maşınlar hərəkətimizə mane olurdu. Ermənistanla sərhəddə yerləşən bütün postlarımızda güclü döyüşlər gedirdi. Bu döyüşlərdə əsgərlərimiz əsl qəhrəmanlıq göstərirdilər. Teleqüllədən xəbər verdilər ki, Şuşada küçə döyüşləri gedir...

Şuşa ilə birbaşa əlaqəmiz olmadığı üçün əsas xəbərləri oradan gələnlərdən alırdiq... Laçının özündə vəziyyət çox pis idi. Laçın şəhəri hər an mərmi yağışı altında idi. Gecə saat 22 radələrində Elbrus Orucov, Məhərrəm Cahangirov və rabitəçi Zülfüqar qərargaha gəldilər. Orucov dedi ki, ermənilər Şuşaya girdilər. Əlində siyahı vardı. Dedi ki, bu siyahıdakılar Şuşadan çıxmaqdan imtina etdilər. Onların adlarını yazdım. Aqibətlərindən xəbərimiz olmadı...

Rabitəçi bildirdi ki, mayın 7-də saat 23:00-da ermənilərdən hücum edəcəkləri barədə məlumat tutdum. Elbrus Orucova dedim. Cavabında o, mənə dedi ki, get, öz işinlə məşğul ol...xa0

E.Orucov bizim qərargahdan birbaşa Yevlaxa gedib sabahısı gün qayıtdı. Mayın 9-u saat 9-da yenə də Baş qərargah rəisi Şahin Musayev mənimlə telefonla danışdı. Artıq Şuşanın işğal olunduğunu dedim. Şahin Musayev məni yenə dəxa0 hədələdi: “Tı tam ne panikuy. Şuşa u nas. Mayi daverennıye lyudi qavaryat, vsyo pad kantrolem. Şuşa u nas...”(Sən orada yalandan hay-küy qaldırma, Şuşa bizdədir. Mənim etibarlı adamlarım deyirlər ki, hər şey nəzarət altındadır... Şuşa bizdədir...”

İndi isəxa0 bir müddət iştirak etdiyim və sonralar da ciddi izlədiyim Şuşa -Laçın məhkəməsində aydınlaşan, 8 may 1992-ci il tarixində baş verənlər barədə...xa0


Mayın 8-i saat 4-5 radələrində ermənilər Şuşaya hücum üçün artilleriya hazırlığı aparır. Artilleriya hazırlığı bir saatadək davam edir. Hərbdən az da olsa, başı çıxan bilir ki, düşmən artilleriya hazırlığı aparırsa, deməli, ardınca hücum edəcək. Ancaq hərbi akademiya bitirmiş Şuşanın müdafiəsinə birbaşa cavabdeh olan şəxs, komendant, briqada komandirixa0 polkovnik-leytenant(hazırda general-mayor-S.L.) Elbrus Orucov isə “UAZ” maşına minib Şuşadan 30 km uzaqda yerləşən Kosalar kəndinə gedir... Halbuki, həmin an komandir kimi Orucov ən birinci vəzifəsini icra etməli, yəni müdafiə döyüşlərini təşkil etməli idi. Döyüşün təşkilinə aiddir:

1.Qərar qəbul etmək;
2. Döyüş tapşırığı vermək;
3.Qarşılıqlı fəaliyyəti təşkil edərək düşmənin atəşlə məhv edilməsini idarə etmək...xa0

Akademiya təhsilli zabit isə heç kimə bildirmədən Şuşada döyüşənləri başsız qoyub Kosalara gedir və saat 11-də Şuşaya qayıdır. Döyüşü təşkil etmir. İdarəetmə əvəzinə bir neçə posta maşınla gedib-gəlir. Vəssəlam...xa0

Mayın 8-i saat 13-də Şuşaya hücum edən ermənilər komanda məntəqələrinə bildirirlər ki, irəli gedə bilmirik. Saat 15:00-da düşmən yenə də komanda mənrəqəsinə bildirir ki, itkilərimiz var. “İrəli gedə bilmirik, geri çəkilirik...” Komanda məntəqəsindən onlara deyilir: “Azərbaycan hökuməti Şuşanı bizə verib. Bir az da dözün, özləri geri çəkiləcəklər...” Bütün bu məlumatları rabitəçi Zülfüqar Elbrus Orucova bildirir... Ancaq yenə məlum reaksiya...

Şuşa rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizami Bəhmənov məhkəmədə üzləşmə prosesində bildirdi: “Mayın 8-i saat 16:00-da Orucov mənə dedi ki, şəhərdən çıxın, poçtu partladacam. Laçın polisindən Əvəz isəxa0 belə dedi:” Saat 18:00-da Orucov bizə komanda verdi ki, şəhəri tez tərk edin, Şuşanı bombalayacaqlar...”

İsgəndər Həmidovxa0 mayın 8-dəxa0 Baş qərargah rəisi Şahin Musayevə bildirir ki, 200 nəfərlə Şuşaya getməyə hazır gəlmişik. Şahin Musayev isə cavab verir ki, Şuşaya canlı qüvvə yox, silah lazımdır...
Mayın 8-i saat 16.00-da prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi Əlisaab Orucov Ağdamdan Şuşada olan briqada komandiri Elbrus Orucovla danışıbxa0 soruşur ki,xa0 nə kömək lazımdır. Orucovsa ona bildirir: “Əlavə qüvvə gəlib, “ya ix satru s zemli”(mən onları yer üzündən siləcəm),xa0 imkanımız böyükdür, Şuşanı verməyəcəyik...”

1992-ci ilxa0 mayın 12-dəxa0 Turşsuda Elbrus Orucov AzTV-yə verdiyi müsahibədə deyir:” 8 may saat 17-də əmr verdim ki, hərbi texnikalar Şuşadan Laçın istiqamətinə çıxarılsin. Saat 19-da isə əmr verdim ki, canlı qüvvələr Şuşadan çıxarılsın...”

(Davamı var)

Təqdim etdi: Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin