"Bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən Gəncə şəhəri ətrafında partlayış səslərinin eşidilməsi və təcili tibbi yardım maşınlarının intensiv hərəkətinin müşahidə olunması ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir və cəmiyyətdə süni ajiotaj yaratmağa yönəlib".
Bizim.Media xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunları bölmələrinin Seyfəli poliqonunda taktiki təlim keçirdiyini və narahatlığa heç bir əsas olmadığını bildirib:
“Sosial şəbəkə seqmentinə bu tipli yalan məlumatların yayılmasını və təkrar tirajlanmasını yolverilməz hesab edirik.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların təsirinə düşməməyə çağırırıq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:53 / 09.12.2024
MEDİA ÇAĞIRIŞ ETDİ: Saxta və yalan məlumat əsaslı kampaniyaların təsirinə düşməyin
Hazırda oxunan: MEDİA ÇAĞIRIŞ ETDİ: Saxta və yalan məlumat əsaslı kampaniyaların təsirinə düşməyin
Hazırda oxunan: MEDİA ÇAĞIRIŞ ETDİ: Saxta və yalan məlumat əsaslı kampaniyaların təsirinə düşməyin
224470
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.