Aidiyyəti qurumlar niyə susurlar? — “20 Yanvar” yeraltı keçidi ilə bağlı müəmmalı vəziyyəti İTV işıqlandırdı - VİDEO

Hazırda oxunan: Aidiyyəti qurumlar niyə susurlar? — “20 Yanvar” yeraltı keçidi ilə bağlı müəmmalı vəziyyəti İTV işıqlandırdı - VİDEO

224464

“20 Yanvar” metrostansiyasının yeraltı keçidində ticarət fəaliyyəti ilə məşğul olan sahibkarların problemi hələ də həllini tapmır.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, “İTV Xəbər” sözügedən ərazidə çəkiliş aparıb.
 

Belə ki, 3 aya yaxındır sahibkarlar bağlanan obyektlərinin açılacağı günü gözləyirlər.


Bir vaxtlar keçiddə alış-veriş əlindən tərpənmək mümkün olmasa da, indi ya ancaq metroya daxil olanları, ya da yolun digər hissəsinə keçənləri görmək olur. Keçiddəki obyektləri sahibkarlara icarəyə verən şirkət sahibləri də problemdən çıxış yolunu tapa bilmirlər.

Onların sözlərinə görə, 20 ildən çoxdur ki, “20 Yanvar”metrostansiyasının yeraltı keçidində ticarət aparılır. 200-dən artıq kiçik sahibkar burada ticarət fəaliyyəti ilə məşğul olub.

O da qeyd olunub ki, rəsmi bildiriş olmadan keçiddəki sahibkarların fəaliyyəti dayandırılıb.

Aidiyyəti qurumlar isə ünvanlanan sorğuları cavabsız qoyub. Komitəsindən bildirilib ki, sahibkarlarla bağlanan müqavilənin müddəti bu ilin yayında başa çatıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin