Sürücülərin NƏZƏRİNƏ: Bu hallarda avtobus zolağına daxil olmaq MÜMKÜNDÜR

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bu hallarda avtobus zolağına daxil olmaq MÜMKÜNDÜR

224462

Paytaxtın bəzi küçə və prospektlərində avtobusların maneəsiz hərəkəti üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xüsusi zolaqlar salınıb. Həmin zolaqlardan istifadə edən digər nəqliyyat avtomobillərinin sürücüləri məsuliyyətə cəlb olunurlar. Yəni qanunvericilikdə avtobus zolağından istifadəyə görə cərimələr müəyyənləşib.

İctimai nəqliyyatdan istifadə etməklə əhalinin işə, dərsə, gedəcəyi ünvana vaxtında çatması baxımından avtobus zolaqları xüsusi əhəmiyyətə malikdir. Lakin gecə saatlarında, avtobusların fəaliyyət göstərmədikləri vaxtda həmin zolaqlardan istifadəyə imkan verilməməsi narazılıq yaradır. Xüsusilə taksi sürücülərinin sərnişini təyin olunan yerdə düşürüb və mindirmək üçün həmin saatlarında onsuz da boş olan yoldan istifadəsinə qadağa qoyulması anlaşılan deyil.

Bəs gecə saatlarında şəxsi avtomobillərin avtobus zolağına daxil olmasına niyə icazə verilmir? Ümumiyyətlə, hansı küçə və prospektlərdə müəyyən vaxtda avtomobillərin girişinə icazə var?

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Toğrul Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, bəzi avtobus zolaqlarında daxilolma icazəsini göstərən xüsusi lövhələr var:
 

“Mövcud qanunvericiliyin tələbinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti üçün ayrılmış xüsusi zolaqlarda “Yol hərəkəti haqında” Azərbaycan Respublikasının Qanunun 48-ci maddəsində göstərilən müddəalar istisna olmaqla, digər hallarda hərəkət etmək, dayanmaq və durmaq qadağandır.


Bəzi avtobus zolaqlarında müddətlə bağlı əlavə məlumat lövhəcikləri mövcuddur ki, həmin lövhəciklərdə qeyd edilən müddətlərdə zolağa daxil olmaq qadağandır. Göstərilən müddət istisna olmaqla digər hallarda həmin zolağa daxil olmaq olar. Əlavə məlumat lövhəciyi olmadığı təqdirdə 24 saat ərzində həmin zolağa daxil olmaq qadağandır və qayda pozuntusu vizual olaraq yol patrul xidməti əməkdaşı və ya xüsusi texniki vasitənin köməyi ilə avtomatik rejimdə aşkarlanaraq sürücü barədə inzibati protokol tərtib edilir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin