Xəbər verildiyi kimi Xətai Tibb Mərkəzində qeyri-adi cərrahi əməliyyat icra edilib.
Xəstəxanaya gətirilmiş 10 yaşlı uşağın qarın boşluğuna batmış qapı dəstəyi çıxarılıb.
Xətai Tibb Mərkəzindən hadisənin hansı şəraitdə baş verdiyi və qapı dəstəyinin 10 yaşlı uşağın qarın boşluğuna necə nüfuz etdiyi açılanıb. Xəstəxananın mətbuat xidmətindən verilən məlumata görə hadisə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən 107 nömrəli tam orta məktəbdə baş verib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda ŞOKA SALAN HADİSƏ: 10 yaşlı uşağın qarın boşluğundan qapı dəstəyi çıxarıldı
Hadisə barədə ərazi üzrə polis bölməsinin də məlumatlı olduğu bildirilib.
Qeyd edək ki, bu gün xəstəxanaya gətirilmiş 10 yaşlı uşağın qarın boşluğuna batmış qapı dəstəyi çıxarılıb. Əməliyyat uşaq cərrahı Pərviz Səmədov tərəfindən yerinə yetirib.
107 nömrəli məktəb Bizim.Media-nın sorğusuna cavab olaraq faktı təsdiqləyib:
“Dekabrın 9-da 107 nömrəli tam orta məktəbdə 5-ci sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) II mərtəbədə ayaqyouluna gedərkən sürətlə qaçdığı üçün qapının tutacağına toxunub. Nəticədə qapının dəstəyi şagirdin qarın nahiyyəsinin dərisinə batıb. Məsələ ilə bağlı dərhal təcili-tibbi yardıma müraciət olunub və şagirdin valideynlərinə məlumat verilib. Məktəb rəhbərliyi və müəllimlərin müşayiətilə şagird tibb müəssisəsinə çatdırılıb. Hazırda şagirdin vəziyyətinin kafi olduğu bildirilir”.
Daxili İşlər Nazirliyindən isə bildirib ki, hadisə ilə bağlı Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsində araşdırma aparılır.
Alçina Amilqızı, Bizim.Media