Gənclərin əhəmiyyətsiz mövzulara MARAĞI – Onlar taleyüklü məsələlərə niyə laqeyddirlər?

Hazırda oxunan: Gənclərin əhəmiyyətsiz mövzulara MARAĞI – Onlar taleyüklü məsələlərə niyə laqeyddirlər?

224451

Azərbaycanda gənclərin sosial şəbəkələrdəki paylaşımları tez-tez tənqid olunur. Maraqlısı odur ki, gənclər sosial mediadakı trendlərdə aktiv iştirak edirlər, amma cəmiyyətdə baş verən sosial-ictimai məsələlərlə bağlı müzakirələrə qoşulmaq istəmirlər. Bu müzakirələr ölkə həyatı, cəmiyyətin maraqları, dövlətin maraqları və milli mənafelərimiz baxımından faydalı ola bilər. Sosial həyatda da aktuallıq kəsb edən mövzuların müzakirəyə çevrilməsi müsbət bir haldır.

Xüsusilə gənclərin sosial platformalarda hansı mövzulara daha çox maraq göstərmələri və həmin mövzular ətrafında müzakirələr aparmaları düşündürücüdür. Müşahidələrimiz göstərir ki, daha çox gündəmdə olan, trend halını alan, amma məzmun baxımından faydalı və ya aktual olmayan mövzular müzakirə obyektinə çevrilir. Belə müzakirələr isə nə bir cəmiyyət, nə də bir ölkə üçün əhəmiyyətli məsələlər deyil.

Gənclərin əhəmiyyətsiz məsələlərə yüksək marağı

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Ağasəlim Həsənov bildirib ki, sosial şəbəkələr gəncləri taleyüklü məsələlərdən yayındırır.

“Elm və mədəniyyətdə “submədəniyyət” anlayışı var ki, bu, altmədəniyyət deməkdir. Gənclərin heç bir mənəvi yük daşımayan, məişət səviyyəsindən aşağı olan və bəzən əxlaqa zidd davranışlara yönəlməsi, onların maraq dairəsinin mənasız mövzular ətrafında formalaşması və bu mövzuların müzakirə obyektinə çevrilməsi cəmiyyətdə bir submədəniyyət yaradır. Bu, elit mədəniyyət deyil, məhz altmədəniyyət formalaşdırır. Bu isə müsbət bir hal hesab oluna bilməz.

Azərbaycan gəncliyi submədəniyyətin eşiyində

“Bu tip gənclərin sosial mediada belə mövzulara maraq göstərməsi, ölkədəki ictimai-sosial əhəmiyyətli hadisələrə laqeyd qalması məhz bu submədəniyyətin nəticəsidir. Bu cür fərdlər üçün milli maraqlar anlayışı bəlkə də böyük əhəmiyyət daşımır. Onlar üçün toplum maraqları əhəmiyyətsiz görünür.

Məsələn, qlobal xarakterli ekoloji problemlər kimi məsələlər onları düşündürmür. Submədəniyyət səviyyəsində qalaraq, mənasız mövzuları daha aktual hesab edirlər. Bu isə, təbii ki, normal bir hal deyil. Sosioloji müşahidələrimiz göstərir ki, müasir Azərbaycan cəmiyyətində bu submədəniyyət elementləri artıq çoxdan özünü büruzə verməyə başlayıb”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin