Məktəblərdə məntiq fənninin tədris olunması zaman-zaman müzakirə edilir. Kimisi düşünür ki, məktəblərdə bu fənni tədris edə bilmək üçün kadr çatışmazlığı var, kimisi də düşünür ki, fənnlərin sayı onsuz da çoxdur. Amma bütün dünyada məntiq hazırda məktəblərdə tədris olunan əsas mövzulardandır. Bəs, Azərbaycan təhsili zamanın tələbi ilə necə ayaqlaşacaq?
Məntiq fənninin əlavəsi
Təhsil eksperti Elşən Qafarov Bizim.Media-ya məktəblərdə məntiq fənnini tədris etməyin nə dərəcədə mümkün ola biləcəyindən danışıb:
“Şagirdlərin dərs yükü kifayət qədər çoxdur. Bura məntiqi də əlavə etmək bizə heç nə qazandırmayacaq. Bu gün məktəblərimizdə riyaziyyat, Azərbaycan dili fənnləri 5 saat keçirilir. Mən düşünürəm ki, məntiqi bu fənnlərin içində vermək daha yaxşı olar. Sovet vaxtı riyaziyyat dərsliklərinin sonunda çətinliyi artırılmış misallar olurdu. Onun hər biri indiki bir məntiq kitabına bərabər idi. Biz aylarla o misalları həll etməyə çalışırdıq. Yenə məntiqi riyaziyyat fənninə əlavə edə bilərik”.
Məntiqin keçirilməsi şagirdlərin ziyanına olacaq?
Elşən Qafarov bildirir ki, şagirdlərin dərs yükü çox olduğu üçün yeni fənnin əlavə olunması sadəcə onların ziyanına olacaq.
“İndiki halda şagirdlərin həftəlik dərs yükünü azaltmaq lazımdır. İbtidai siniflərdə 20 saatdan, 5-9-cu siniflərdə 25 saatdan çox olmamalıdır. Məntiqi bacarıqlar İQ qabiliyyətinə xidmət edir. hər fənn üzrə məntiqi bacarıqları, İQ-nü inkişaf etdirən tapşırıqlar əlavə etmək olar”.
Nuray, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 10.12.2024
Məktəblərdə məntiq fənninin tədrisi TƏKLİF olunur – Bu, şagirdlərin ziyanına OLACAQ?
Hazırda oxunan: Məktəblərdə məntiq fənninin tədrisi TƏKLİF olunur – Bu, şagirdlərin ziyanına OLACAQ?
Hazırda oxunan: Məktəblərdə məntiq fənninin tədrisi TƏKLİF olunur – Bu, şagirdlərin ziyanına OLACAQ?
224416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.