Metrodakı ləngimə ilə bağlı RƏSMİ AÇIQLAMA: "Qatar sayı artırılsa, vəziyyət daha da gərginləşəcək"

Hazırda oxunan: Metrodakı ləngimə ilə bağlı RƏSMİ AÇIQLAMA: "Qatar sayı artırılsa, vəziyyət daha da gərginləşəcək"

224364

"Metro xəttində səhər saatlarından texniki problem yoxdur". 

Bizim.Media xəbər verir ki, bu məlumatı “oxu.az”a "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov verib. 

O qeyd edib ki, bu gün sıxlıq həddi bir qədər də çoxdur. 
 

"Tənzimləmə məcburən girişlərdən aparılır. Əsas sıxlıq olan stansiyalarda qatarların yola düşməsi yalnız qapı ilə platforma arasında sərnişinə xəsarət yetirəcək problem olmadığına, qapılar bağlı olduğuna əminlik yarandıqdan sonra təmin olunur. 


Məsələnin qatar sayı ilə də əlaqəsi yoxdur. Say artırılsa, vəziyyət daha da gərginləşəcək. Tunellər boyunca qatarlar ard-arda düzüləcək", - deyə B. Məmmədov bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin