GÜNÜN HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Hazırda oxunan: GÜNÜN HAVASI: Bəzi yerlərdə yağış yağacaq

224363

Azərbaycanda dekabrın 9-na gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz olacaq. 
 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin