Milli Hidrometeorologiya Xidmətinin dekabrın 09-u saat 08:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb. Bu da aylıq normanın 81%-ni təşkil edir.
"Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 09-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir".
Bizim.Media