Yağış suları paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsinin sakinlərinin işini çətinləşdirib.
Bizim.Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, vətəndaşlar yaşadıqları ərazidə kanalizasiya sisteminin olmamasından və bu səbəbdən həyətlərini, evlərini, zirzəmilərini su basmasından şikayətçidirlər.
Sakinlər onu da bildiriblər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb. Onlar ərazidən yağış sularının çəkilməsi və kanalın təmizlənməsi üçün öz hesablarına işlər görsələr də, indi vəziyyət daha da çətinləşib. Buna görə də, problemi həll etməkdə aciz qalıblar.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, hazırda qeyd olunan ünvanda yığılan suyun çəkilməsi mərkəzləşmiş şəbəkə olmadığına görə çətinləşir.
Qurumdan o da bildirilib ki, mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemi mövcud olmayan ərazilərdə su təchizatı və kanalizasiya sistemlərinin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası su təchizatı sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla mərhələlərlə həyata keçirilir.
Ətraflı süjetdə:
Bizim.Media