Azərbaycan Ordusunun baş giziri Heydər Əsədov vəfat edib - FOTO

Hazırda oxunan: Azərbaycan Ordusunun baş giziri Heydər Əsədov vəfat edib - FOTO

224293

Azərbaycan Ordusunun baş giziri, Vətən müharibəsi iştirakçısı Heydər Əsədov xərçəng xəstəliyindən dünyasını dəyişib. 

Bizim.Media xəbər verir ki, 1978-ci il təvəllüdlü Əsədov Heydər Məmmədağa oğlu sakini olduğu Biləsuvar rayonunda vəfat edib.

Orta məktəbi bitirdikdən sonra hərbi tibb kollecində təhsil alan H. Əsədov müxtəlif hərbi hissələrin tibb məntəqələrində çalışıb. Vətənə 25 il ərzində xidmət edən baş gizir, bu yaxınlarda xidmət yolunu tamamlamışdı.

Heydər Əsədov Tovuz, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı olub. Göstərdiyi qəhrəmanlıqlara görə çoxsaylı medallarla təltif edilib.

Mərhum ailəli idi, 3 qız övladı var. 


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin