Naxçıvanda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.
Belə ki, dumanlı havada 67-BL-794 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1961-ci il təvəllüdlü Abbas Novruz oğlu İsmayılovu vurub.
Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media