Vəndam kəndində taksi AŞDI: Xəsarət alan var - FOTO/VİDEO

Hazırda oxunan: Vəndam kəndində taksi AŞDI: Xəsarət alan var - FOTO/VİDEO

224198

Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Belə ki, Vəndam kəndi ərazisində BYD markalı "Bolt" taksi xidmətinə məxsus avtomobilin yol kənarındakı çökəyə aşması nəticəsində bir nəfərin yüngül xəsarət aldığı bildirilir.

Hadisə ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirilib ki, hadisə bu gün saat 14 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 54-cü kilometrliyində qeydə alınıb.

"Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində Ceyhun Məmmədovun idarə etdiyi BYD markalı, 77-UH-945 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq aşıb. Avtomobildə olan üç sərnişindən biri xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd olunur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin