Azərbaycanda bu il 3 baldan yuxarı zəlzələ ən çox hansı ərazilərdə baş verib?

Hazırda oxunan: Azərbaycanda bu il 3 baldan yuxarı zəlzələ ən çox hansı ərazilərdə baş verib?

223992

Azərbaycanda ilin əvvəlindən bu günədək (yanvarın1-dən dekabrın 1-dək - red) maqnitudası 3 və ondan yuxarı 53 zəlzələ qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, "report.az"ın Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytında ardıcıl çıxan statistikaya əsasən apardığı hesablamaya görə, yeraltı təkanlardan 45-nin maqnitudası 3 və 3-dən yuxarı, 5-i 4 maqnitudadan yuxarı, daha 3-ü isə 5 maqnitudadan yuxarı olub. 
 

Həmin dövr ərzində təbiət hadisəsi Xəzər dənizində, Şamaxıda, Saatlı-Sabirabad sərhədində, Ağdaş, Goranboy, İmişli, Lənkəran, Tovuz, Hacıqabul, Lerik, Quba, Göygöl, Biləsuvar, Cəlilabadda, Kəlbəcərdə, Şamaxıda, Laçında, Mingəçevir Su anbarında qeydə alınıb. 


Qeyd edək ki, bu statistika yalnız maqnitudası 3 və 3-dən yuxarı qeydə alınan yeraltı təkanlara aiddir.

Zəlzələ ilə bağlı məlumatlar ümumi protokol qaydalarına (maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyətin məlumatlandırılması) görə yayılır. Ümumilikdə, hər ilin sonunda Azərbaycanda və ona bitişik ərazilərdə, eləcə də RSXM-nin seysmik stansiyaları tərəfindən qeydə alınan dünya ölkələri üzrə zəlzələlərin ümumi statistikası açıqlanır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin