Xəstəliklərin 88%-i 5 yaşından aşağı uşaqların payına düşür - UNİCEF-in nümayəndəsi

Hazırda oxunan: Xəstəliklərin 88%-i 5 yaşından aşağı uşaqların payına düşür - UNİCEF-in nümayəndəsi

223817

Xəbər verildiyi kimi Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilir.

Bizim.Media xəbər verir ki, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Dr. Saca Faruq Abdullah Azərbaycanı COP29 konfransının təşkilatının uğurlu olması barədə təbrik edib.

O, iqlim dəyişikliyinin uşaqlara necə təsir etməsindən danışıb:

"Uşaqlara və gənclərə iqlim dəyişikliyi daha çox təsir edir. Nəyinki fizioloji, onların sağlamlığı, təhsili, sosial yardımlardan yararlanmasına təsir edir. Dünyada 1 milyard uşaq, yəni uşaqların 50 faizi iqlim dəyişikliyi qarşısında ən zəif olan ölkələrdə yaşayırlar. Ən zəifləri arasında gənc qızlar həmin təsirə daha çox məruz qalırlar. Bəzi statistik məlumatlara görə, xəstəliklərin 88%-i 5 yaşından aşağı olan uşaqların payına düşür.

O, iqlim dəyişikliyinin uşaqların təhsilinə olan təsirindən də söz açıb.


"İqlim dəyişikliyinin diqqətdən kənar qalan fəsadlarından biri də təhsilə olan təsiridir. Bu gün daşqınlar, kəskin hava şəraiti uşaqların təhsilə çıxışını məhdudlaşdırır”.

Saca Faruq Abdullah gənclərin COP29 kimi tədbirlərdə iştirakının vacibliyini də vurğulayıb.

"Gündəlikdə olan məsələlər COP29-da müzakirə edildi. Bu gənclərin həmin tədbirlərdə iştirak etməsinə imkan verildi ki, onlar da öz fikirlərini dünyaya çatdırsınlar. Bu gün uşaqların 3 faizinin iqlim dəyişikliyi ilə bağlı siyasətdə iştirakı təmin edilir. Nəzərdə tutulan proqramlar isə sadəcə uşaqların 2.4 faizinə yönəlib".

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin