“Beynəlxalq faktlar Qərbi azərbaycanlıların ata -baba yurdlarına qayıtmasını təsdiqləyir”- Əziz Ələkbərli

Hazırda oxunan: “Beynəlxalq faktlar Qərbi azərbaycanlıların ata -baba yurdlarına qayıtmasını təsdiqləyir”- Əziz Ələkbərli

223801

Ötən il l Beynəlxalq konfransda 28 ölkədən 44 nümayəndə iştirak edirdi. Bu il 51 ölkədən 102 nümayəndə iştirak edir. Demək olar ki, bu il iştirakçıların sayı həm ölkələr, həm nümayəndələr üzrə iki dəfə artıb.

Bizim.Media xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu diqqət Qərbi Azərbaycan İcmasının son bir ildə Qərbi Azərbaycan həqiqətlərini və insanlarımızin qayıdış hüququnun beynəlxalq ictimaiyyətə yüksək səviyyədə çatdırılmasının göstəricisidir:

"Bugünkü tədbirdə 5 panel üzrə 25 məruzəyə qulaq asacağıq. Bu gün bütün beynəlxalq sənədlər, beynəlxalq faktlar Qərbi azərbaycanlıların öz ata -baba yurdlarına qayıtmasını təsdiqləyir".

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin