“Qərbi Azərbaycan İcması olaraq biz öz doğma yurdlarına qayıtmaq istəyən yüzminlərlə azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə aparırıq. Dünya üzrə qaçqınların sayının artmasını dərin narahatlıq və üzüntü ilə izləyirik”.
Bizim.Media xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransda deyib.
O bildirib ki, azərbaycanlılar etnik təmizləməyə məruz qalıblar:
"Qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi silahlı münaqişələrin yaratdığı ağır nəticələr səbəbindən öz doğma torpaqlarını tərk etməyə məcbur olub. Bir sıra hallarda silahlı münaqişələrin məhz etnik təmizləmə məqsədilə törədildiyi unudulmamalıdır. Ermənistan azərbaycanlıların hamısını ata-baba yurdundan çıxarıb və bu gün Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb. Orada qəbiristanlıqlarımız, mədəni və dini abidələrimiz məqsədyönlü şəkildə məhv edilərək maddi və qeyri-maddi mədəni irsimizə ciddi zərbə vurulub. Adət-ənənələrimiz, sosial bağlarımız və həyat tərzimiz böyük ziyan görüb".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:56 / 05.12.2024
“Yüzminlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalıb” – Əziz Ələkbərli
Hazırda oxunan: “Yüzminlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalıb” – Əziz Ələkbərli
Hazırda oxunan: “Yüzminlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalıb” – Əziz Ələkbərli
223790
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.