Yeni il aksesuarları ilə bağlı TƏHLÜKƏ – Dekorativ işıqlar bu halda ALIŞA bilər

Hazırda oxunan: Yeni il aksesuarları ilə bağlı TƏHLÜKƏ – Dekorativ işıqlar bu halda ALIŞA bilər

223679

Yeni il bayramı yaxınlaşdıqca şəhəri xüsusi abu-hava bürüyür mağazalar, evlər bayrama uyğun olaraq bəzənir. Bu bəzəklər arasında rəngarəng, müxtəlif ölçülü işıqlar xüsusi yer tutur.

Ancaq bəzək üçün belə olsa, xüsusilə, şam ağacılarına, pərdələrə asılan bu led işıqlara xüsusi diqqət yetirmək lazımdır.  Çünki bu dekorativ işıqlar müəyyən təhlükələrlə nəticələnə bilər. Məsələn, keyfiyyətsiz işıqların səbəb ola biləcəyi  elektrik yanğınları, qısaqapanmalar, işığın qızması və s.. bu təhlükələrə nümunədir.

Buna görə də işıq seçərkən, eləcə də istifadə edərkən  bəzi məqamlara diqqət yetirmək lazımdır.

Bizim.Media-ya bu barədə açıqlama verən təhlükəsizlik eksperti Elmar Nurəliyev bu məqamları açıqlayıb:

“Yanma qabiliyyəti yüksək olan materialların, oyuncaqların üzərinə işıq cihazlarının quraşdırılması zamanı təhlükə riskləri nəzərə alınmalıdır. Mənşəyi məlum olmayan, nasaz işıq cihazlarından istifadə etmək, xüsusilə, bunları parça materialın üzərinə qoymaq qızmaya, qısa qapanmaya alışmaya səbəb ola bilər”.

Müsahibimiz vurğulayıb ki, işıq cihazlarını alanda mütləq sertifikasiyası olan məhsulları almaq lazımdır:

“Əgər cihazın izolyasiyası pozulubsa, nasaz vəziyyətdədirsə, ümumiyyətlə ondan istifadə etmək olmaz. Həmçinin, bu işıqları yandırıb, nəzarət etməyib, evi tərk etmək olmaz. Bu xüsusilə yanğın təhlükəsi baxımından yolverilməzdir”, - deyə Elmar Nurəliyev qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin