Ceyhun Tağıyev Ədliyyə Nazirliyində rəis TƏYİN EDİLDİ

Hazırda oxunan: Ceyhun Tağıyev Ədliyyə Nazirliyində rəis TƏYİN EDİLDİ

223675

Ədliyyə nazirinin müvafiq əmri ilə Ceyhun Tağıyev Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
 

Qeyd edək ki, Ceyhun Tağıyev 1979-cu ildə anadan olub.


Hüquqşünaslıq ixtisası üzrə 2000-ci ildə Bakı Dövlət Universitetinin bakalavr, 2002-ci ildə isə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.

Əmək fəaliyyətinə 2003-cü ildə daxili işlər orqanlarında başlayıb, 2024-cü ilin iyun ayınadək müxtəlif vəzifələrdə çalışıb. “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının hər 3 dərəcəsi ilə təltif edilib.

Ceyhun Tağıyev 2024-cü ilin iyun ayında ədliyyə orqanlarına qulluğa qəbul olunaraq Strateji planlaşdırma və monitorinq baş idarəsinin Daxili nəzarət və araşdırmalar idarəsinin rəisi vəzifəsinə təyin olunub. Həmçinin, 2024-cü ilin sentyabr ayından bu təyinatadək Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinin icrası ona müvəqqəti həvalə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin