Havanı çirkləndirən SAHİBKARLAR – Kömürdən istifadə edənləri nə qədər CƏRİMƏ gözləyir?

Hazırda oxunan: Havanı çirkləndirən SAHİBKARLAR – Kömürdən istifadə edənləri nə qədər CƏRİMƏ gözləyir?

223655

Azərbaycanda fəaliyyət göstərən bir sıra restoran və ictimai-iaşə obyektlərindən havaya tullantı atılması halları müşahidə olunub. Bu səbəbdən də Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupu tərəfindən ictimai-iaşə obyektlərində növbəti monitorinqlərə başlanılıb. 

Bu tullantılar əsasən yanma nəticəsində havaya atılan zərərli qazlar və kimyəvi maddələrdən ibarət olur. Azərbaycanda ətraf mühitin qorunmasına dair qanunvericilik mövcuddur və müvafiq dövlət orqanları tərəfindən havaya tullantıların azaldılması məqsədilə müxtəlif nəzarət tədbirləri həyata keçirilir. Lakin bu məsələlərin praktikada necə həyata keçirildiyi və nəzarətin nə qədər güclü olduğu bəzən mübahisəlidir.

Monitorinqlərin keçirilməsi ilə ictimai-iaşə obyekləri tərəfindən havaya buraxılan tullantıları azaltmaq mümkün olacaqmı ?

Ekoloq Rövşən Abbasov Bizim.Media-ya bu barədə danışıb:

“Bu qayda, ümumiyyətlə, bizim qanunvericilikdə çoxdan var ki, kiçik biznes sahibləri, o cümlədən restoranlar havaya normadan artıq tullantı ata bilməzlər. Çox təəssüf ki, bu qaydaya indiyə qədər əməl edən olmayıb. Sadəcə, indi görünür, bu işin üstünə daha ciddi bir şəkildə düşüblər və monitorinqlər təşkil olunub. Aparılan monitorinqlərə müvafiq olaraq restoran sahibləri barədə müvafiq tədbirlər gözlənilir. Əsasən də közlə nəsə bişirilirsə, deməli kömür hesabına bişirilir. Kömür də yananda ətraf mühitə zərər vurur. Həm havanın keyfiyyəti pisləşir, həm də istixana qazlarının miqdarı atmosferdə artır”.     

Hansı cəzalar tətbiq olunacaq?

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Xaliq Mirzəyev Bizim.Media-ya sözügedən ictimai-iaşə obyektləri barədə hansı tədbirlərin görüləcəyini bildirib.  

“Monitorinq müddətində müvafiq avadanlıqlar vasitəsilə ölçmə işləri aparılaraq ictimai iaşə obyekti tərəfindən atmosfer havasına atılan dəm qazının miqdarı müəyyən edilir. Əgər ölçmələr zamanı dəm qazının miqdarı yol verilən qatılıq həddindən artıq  olarsa, obyektə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərinə əsasən cərimə tətbiq olunur”.

Restoran və ictimai-iaşə obyektlərindən havaya tullantılar

Bu cür monitorinqlərin aparılması nəticəsində restoranlar tərəfindən havaya atılan tullantıları azaltmağın nə dərəcədə mümkün olacağı bəlli deyil. Çünki bu vaxta qədər də nəzarətin olunduğu deyilsə də, nəticənin dəyişmədiyi hər kəsə məlumdur.

Yanacaq istifadəsi: Restoranlar və digər ictimai-iaşə obyektləri, məsələn, yemək bişirmək üçün təbii qaz, mazut və ya başqa yanacaqlardan istifadə edir. Bu yanacaqların yanması nəticəsində karbon qazı (CO₂), azot oksidləri (NOₓ), kükürd dioksidi (SO₂) və digər zərərli maddələr havaya buraxılır. Bu maddələr həm ətraf mühitə, həm də insanların sağlamlığına zərərli təsir göstərə bilər.

Ətraf mühitə təsir: Havanın çirklənməsi, xüsusən paytaxt Bakı kimi sıx əhalisi olan şəhərlərdə, çox ciddi problemlərə yol aça bilər. Bu tullantılar, xüsusilə atmosferdəki oksigen səviyyəsini azaldaraq havanın keyfiyyətini pisləşdirə bilər. Nəticədə, astma, bronxit, ürək-damar xəstəlikləri və digər sağlamlıq problemləri artmağa başlaya bilər.

İctimai-iaşə obyektlərinin təmizliyi: Həmçinin, restoran və digər ictimai-iaşə obyektlərinin təmizlənməsi üçün istifadə olunan kimyəvi maddələr də hava çirkliliyini artırır. Məsələn, müəyyən təmizləyici vasitələr (dezinfeksiyaedici maddələr və s.) istifadə olunduqda, bunlar havada tərtib olunan uçucu orqanik birləşmələr (VOCs) kimi zərərli maddələrə çevrilə bilər.

Qeyd edək ki, ictimai iaşə obyekti tərəfindən atmosfer havasına atılan dəm qazına görə 2000-2500 manat məbləğində cərimə tutulur.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin