“Azəriqaz” əməkdaşları döyüldü - Ağır xəsarət alanlar var - VİDEO  

Hazırda oxunan: “Azəriqaz” əməkdaşları döyüldü - Ağır xəsarət alanlar var - VİDEO  

22359

“Azəriqaz” İstehsalat Birliyinin 4 əməkdaşı Sabunçu rayonu, Ramana qəsəbəsi, 12-ci Mədən ərazisində xidməti fəaliyyətini həyata keçirərkən fiziki hücuma məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun youtub səhifəsində məlumat yerləşdirilib.

Məlumata görə, onların arasında qrup rəhbəri kimi çalışan İlkin Əzizov daha çox xəsarət alıb.

Abonentə onun evinin yanından keçən yeraltı qaz xəttində Birliyin vəsaiti hesabına təmir işləri aparılacağı bildirilib. Bundan başqa, həmin həyətdən keçən qaz xəttində qanunsuz birləşmə aşkarlanıb.

Görüləcək işlərə mane olan Elnur Əliyev adlı şəxs Birliyin əməkdaşlarına hücum edib. Baş verənlərlə bağlı cinayət işi açılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin