Yerə doğru iki təhlükəli asteroid UÇUR

Hazırda oxunan: Yerə doğru iki təhlükəli asteroid UÇUR

223542

Dekabrın 3 və 4-də Yer kürəsinin yaxınlığında iki potensial təhlükəli asteroid uçacaq.

Bizim.Media xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Bildirilib ki, 2007 JX2 və 2020 XR adlanan kosmik cisimlərin ölçüləri müvafiq olaraq 402,3 metr və 387,7 metrdir.

Astronomlar qeyd ediblər ki, asteroidlər Nyu-Yorkdakı “Empire State Building” binasının hündürlüyü ilə (381 metr) müqayisə oluna bilər.

Alimlərin fikrincə, 2007 JX2 Yerdən təxminən 5,5 milyon kilometr, 2020 XR isə 2 milyon kilometrdən bir qədər çox məsafədən keçəcək.

Bu asteroidlər təhlükəli kimi təsnif edilir. NASA təsnifatına görə, diametri 140 metrdən çox olan və planetimizin orbitinə 7,5 milyon kilometr məsafədə yaxınlaşan asteroidlər potensial təhlükəli hesab olunur.

Astronomlar 2007 JX2 və 2020 XR-nin Mars və Yupiter arasındakı asteroid qurşağında əmələ gəldiyini izah ediblər. Belə ki, Yupiterin böyük cazibə qüvvəsi yaxınlıqdakı asteroidlərin orbitlərinə təsir edə bilər. Bu da asteroidin qurşağı tərk etməsinə və Yerin orbiti ilə kəsişən trayektoriya ilə hərəkət etməsinə səbəb ola bilər. Bundan əlavə, digər asteroidlərlə toqquşmalar göy cisminin trayektoriyasının dəyişməsinə səbəb ola bilər.

Bununla belə, NASA əmin edib ki, bu asteroidlərin heç biri planetimiz üçün təhlükə yaratmır.

Alimlər Yerə bir az da yaxınlaşan hər bir böyük asteroidi izlədiklərini vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin