“Valideynlərimin vəziyyəti ağırdır” - Vüqar Həşimovun bacısı

Hazırda oxunan: “Valideynlərimin vəziyyəti ağırdır” - Vüqar Həşimovun bacısı

223521

“Hazırda həm atamın, həm də anamın vəziyyəti ağırdır”.

Bizim.Media xəbər verir ki, bunu “qafqazinfo.az”a açıqlamasında mərhum şahmatçı Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva partlayışda xəsarət alan valideynlərindən danışarkən bildirib.

Onun sözlərinə görə, hazırda valideynlərini xəstəxanaya yerləşdirməklə məşğuldurlar: “Hər ikisinin vəziyyəti ağırdır. Amma hansı dərəcəli xəsarətlər aldığı barədə tam məlumatım yoxdur”.

Qeyd edək ki, bu gün səhər saatlarında Novxanı bağlar massivində fərdi yaşayış evində baş verən partlayışda mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov və anası Aida Həşimova xəsarət alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin