“Hamı danışdı ki, kəndimizdə, rayonumuzda qaz, su, yol, məktəb yoxdur.
Bir müddət məktəbsiz, susuz, yolsuz da qala bilərik”.
Bizim.Media xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Aqil Abbas deyib.
O bildirib ki, hazırda cari məsələlər əsasdır:
“Amma müharibədən çıxmışıq. İndi Qarabağ tikilir. Xahiş edirəm ki, müzakirələrdə bunu cari məsələlərə çevirməyin. Mənim də kəndimdə qaz yoxdur. Qohumlar mənə deyir, deyirəm ki, neçə il qazsız yaşamışıq. Əsas odur evimizə, Qarabağa qayıdırıq”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:02 / 03.12.2024
“Bir müddət məktəbsiz, susuz, yolsuz da qala bilərik” – Aqil Abbas
Hazırda oxunan: “Bir müddət məktəbsiz, susuz, yolsuz da qala bilərik” – Aqil Abbas
Hazırda oxunan: “Bir müddət məktəbsiz, susuz, yolsuz da qala bilərik” – Aqil Abbas
223490
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.