"Çox sevinirəm ki, onun kimi bir elm adamı və parlaq ziyalını daha yaxından tanıya bildim"

Hazırda oxunan: "Çox sevinirəm ki, onun kimi bir elm adamı və parlaq ziyalını daha yaxından tanıya bildim"

223450
Bu gün görkəmli dilçi alim, Azərbaycan filologiya elminin fəxri, bütün türk dünyasında tanınmış nüfuzlu araşdırmaçı, türkoloq alim, akademik Tofiq Hacıyevin döğum günüdür.xa0

Vaxtilə böyük alimlə birlikdə AMEA-nın Dilçilik institutununda çiyin-çiyinə çalışmış jrunalist və dilçi alim, professor Qulu Məhərrəmli Türk dünyasının görkəmli alimi, müəllimlər müəllimi Tofiq Hacıyev haqqında fikirlərini Moderator.az-la bölüşüb:
"Akademik Tofiq Hacıyevin adı çəkiləndə onu yaxından tanıyan, sevən insanların çöhrəsi işıqlanır. Bunun səbəbi odur ki, Tofiq müəllim həm Azərbaycan dilçilik elmində, həm türkologiya sahəsində, həm də dil quruculuğu sahəsində silinməz izlər qoyub gedib. O, insanların ürəyində, qəlbində də silinməz izlər qoyduğundan bu gün sevgi və iftixarla xatırlanır, ehtiramla yad olunur.
xa0 xa0
Tofiq Hacıyev, daha çox dil tarixçisi kimi tanınsa da, əslində müasir dilçiliyin ədəbi norma problemlərindən tutmuş üslubiyyata qədər elə bir aktual elmi-nəzəri problemi yoxdur ki, onu fundamental şəkildə araşdırmasın. Mən düşünürəm ki, nə yaxşı bu xalqınxa0 F.Ağazadə, B.Çobanzadə, F.Köprülüzadə, Ə.Dəmirçizadə kimi ensiklopedik alimlərin yolunu davam etdirən Tofiq Hacıyev kimi qüdrətli bir alimimiz olub. Nə yaxşı ki, bu alim ona “pantürkist” damğasının yapışdırılmasından çəkinməyərək, türk dilinin qatlarını, türk ədəbiyyatını və türk xalqlarının mədəniyyətini araşdırıb. Nə yaxşı ki, T.Hacıyev qiymətli ömrünü “Kitab-Dədə Qorqud” dastanını və dil tariximizin inkişaf mərhələlərini, Füzulinin, Nəsiminin, Vaqifin, Mirzə Cəlilin, Üzeyir Hcıbəylinin və s. dilini bu qədər incəliklə araşdırmağa sərf edib.xa0
xa0xa0
Tofiq müəllimi adını alim və akademik qoyan bir çoxlarından əsas fərqixa0 düşüncəsinin geniş miqyası, məhəlli düşüncədən uzaq olması, həqiqi istedadları görüb dəyər verməsi, iliyinə qədər Azərbaycan idealına milli düşüncəyə bağlı olması idi. Çox sevinirəm ki, onun dəvəti ilə bir müddət Dilçilik institutunda çalışdım və Tofiq Hacıyev kimi bir elm adamı və parlaq ziyalını daha yaxından tanıya bildim. Onu həmişə minnətdarlıqla xatırlayıram.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin