"Dedi ki, anamın goruna söydüyünə görə öldürdüm" - Sevgilisini qətlə yetirən qadının MƏHKƏMƏSİ

Hazırda oxunan: "Dedi ki, anamın goruna söydüyünə görə öldürdüm" - Sevgilisini qətlə yetirən qadının MƏHKƏMƏSİ

223422

Bakıda keçmiş sevgilisini öldürməkdə təqsirləndirilən Ruhiyyə Tahirovanın məhkəməsi başlayıb.

Bizim.Media "unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi Tural İsrafilov danışıb:

"Mayın 30-da xalam oğlu "WhatsApp"da mesaj göndərdi ki, qardaşını öldürüblər. Xəbərlərdə baxıb bildim. Ondan sonra Sabunçu morqundan meyiti götürüb aparıb basdırdım. Qadınla əlaqəsinin olmasını hadisədən 4 gün qabaq bilmişəm. Qardaşım bizimlə yaşamayıb, içkiyə meyilli olub. Qardaşımı axırıncı dəfə fevral ayında görmüşdüm, ondan sonra bizə gəlməyib. Ruhiyyə Tahirova ilə tanış olduqdan sonra bizimlə yaşamayıb. Bizimlə yaşayanda evə nəsə alıb gətirirdi. Ruhiyyə Tahirovadan şikayətci deyiləm. Bilmirəm, göydə Allah, yerdə bəndə".

Sonra şahid qismində Güllü Əhmədova ifadə verib:

"Ruhiyyə ilə qohumam, atamın bibisi qızıdır. Hadisədən bir gün əvvəl mənə zəng elədi ki, sizə gəlmək istəyirəm. Ruhiyyə bir oğlanla ailə qurmaq istədiyini demişdi, hətta anası ilə də tanış etmişdi. Sonra zəng elədi ağladı ki, bunun fikri ciddi deyil. Dedi oğlanla danış. Mən də Samirlə danışdım, hiss etdim ki, içkilidir. Səhəri gün zəng elədi ki, Samiri öldürmüşəm, anamın goruna söyüb. Mən də telefonu söndürüb yatdım. Sonra bacım zəng elədi ki, Ruhiyyə ilə danış".

Digər şahid Sadiq Allahverdiyev ifadə verərək bildirdi ki, Nizami rayonu 120 saylı Mənzil İstismar Sahəsinin rəisidir:

"Ruhiyyə mənim 2020-ci ildən işçim olub, 4 ilə yaxın bizim yanımızda dalanda işləyib. Onun siqaret çəkməsini və içki içməsini bilirdim. Hadisə olan gün səhər mənə zəng elədi ki, adam öldürmüşəm. Mən də gəldim və dedim ki, polisə zəng vur, məlumat ver. O da telefonla "102"yə yığdı, dedi".

İttihama görə, təqsirləndirilən Ruhiyyə Tahirova qeyri-rəsmi münasibətdə birlikdə yaşadığı Samir İsrafilova nikaha daxil olmaq istədiyini bildirib. S.İstafilov isə onunla vaxt keçirdiyini, ailə qurmaq niyyəti olmadığını söyləyib. Bu zaman R.Tahirova bunu təhqir kimi qəbul edib. Onların arasında mübahisə yaranıb. Zərərçəkmiş şəxs Ruhiyyə Tahirovadan güclü olduğu üçün ona müqavimət göstərə bilib. Bu zaman başqa çarəsi qalmayan təqsirləndirilən şəxs kəsici alətlə ona xəsarət yetirib. Nəticədə Samir İsrafilov həyatını itirib. Ruhiyyə Tahirova isə 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Ruhiyyə Tahirova bu mövzuda özünü təqsirli bilib.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Ruhiyyə Mürvət qızı Tahirova şəxsi münasibətlər zəminində 1986-cı il təvəllüdlü Samir İsrafilovu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin