Dekabrın 2-də Daşkəsən rayonuna günorta saatlarından qar yağmağa başlayıb.
Bizim. Media-nın yerli bürosunun məlumatına görə, rayon ərazisinə qarın yağması və şaxtalı hava şəraiti davam edir.
Daşkəsən şəhərində yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda mütəmadi olaraq qarın təmizlənməsi işləri aparılır, qum-duz qarışığı səpilir.
Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilə yaranmayıb. Rayonun bütün idarə, müəssisə və xidmət sahələri işlərini hava şəraitini nəzərə almaqla qurur.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu