Mənəvi dəyərlər və cəmiyyətə zidd davranışlar

Hazırda oxunan: Mənəvi dəyərlər və cəmiyyətə zidd davranışlar

223359

xa0xa0xa0 xa0 xa0 xa0“İnsanın zinəti xa0geyimində yox, davranışındadır”

Hz. Əli (ə.s)

Qanunların xa0keyfiyyəti xa0bütün xa0ictimai xa0formasiyalarda xa0insanları xa0düşündürmüş, onun hansı məqsədlə müzakirəyə çıxarılmasından çox, qəbul olunan dildə necə anlaşılması maraq doğurmuşdur. Müəyyən sahədə qanunların çoxluğu həm icraçılar, həm də vətəndaşlar üçün çaşqınlığa və xa0mübahisələrə yol açdığından, son nəticədə xa0əziyyət çəkən xa0yenə vətəndaşlar olur.

Cəmiyyətə zidd davranışların anlayışı xa0özündə inzibati və cinayət məsuliyyəti yaratmayan xa0bir xa0şəxsin, digər şəxsin qanuni maraqlarına və hüquqlarına, hamılıqla tanınan xa0davranış qaydalarına və mənəvi normaların pozulmasına yönələn hərəkətləri ehtiva edir.

xa0Bəs, cəmiyyətə zidd davranışlara hansı hərəkətlər və hərəkətsizliklər daxildir? xa0Bir haşiyə çıxıram: Son zamanlar nikahların pozulmasına təsir edən səbəblər sırasında bəzi ekspertlər xa0ər-arvad arasındakı xəyanəti daha çox vurğulayırlar. Lakin ər-xa0xa0xa0xa0xa0 -arvad xa0arasında xəyanət faktlarıxa0 inzibati və ya, cinayət məsuliyyəti yaratmır. İslam hüququna və şəriət qaydalarına görə xa0isə cəzalandırılmalı əməl sayılır. Onda sual yaranır: Qeyd olunan hal mənəvi və davranış normalarına zidd sayıla bilərmi?xa0 Sözsüz! Belə hallarda xa0başqa xa0şəxslərin qanuni maraqları və hüquqları pozulurmu? Əlbəttə pozulur! Bəs ərin (arvadın) xəyanəti hansı hallarda cəmiyyətə zidd davranış xa0halı kimi qəbul etmək olar? - sualına qanunvericilikdə cavab yoxdur.

Bəs, xəyanətlərin qarşısını almaq üçün hansı addımlar xa0atılmalıdır ki, sevgi və xeyir-dua ilə qurulan ailə ittifaqı dağılmasın!? Axı, cəzasızlıq mühiti mənəvi dəyərləri dəyərdən salır-desək yanılmarıq. Zənnimcə xəyanətxa0 bütün xa0hallarda forma və məzmununa görə elə xəyanətdir (kimi qəbul olunmalıdır). Ailənin xa0müqəddəsliyini dərk etməməklə, həm də ailəyə xəyanət edilir. Belələri tərəddüd etmədən xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0kollektivə, etimad və etibar edilən vəzifəsinə, hətta vətənə də xəyanət edə bilər.

Azərbaycan Respublikası CM-nin XXVll fəsli ictimai mənəviyyat əleyhinə olan cinayətləri əhatə edir. Məcəllənin 244-cü maddəsi - “Əxlaqsız yuvaları saxlama” tərkibinə görə fahişəliklə (çirkin işlə) məşğul olmaq üçün uyğunlaşdırılmış, bu məqsədlə ödənişli və ya ödənişsiz əsaslarla istifadə olunan yaşayış və ya qeyri yaşayış sahəsini nəzərdə tutur. Əksər hallarda xa0ailə xəyanəti həmin yuvalarda xa0baş verdiyindən məsuliyyət əxlaqsız yuvaları təşkil edən, saxlayan, bu məqsədlərlə mənzil sahələrini icarə edənlər üçün yaranır. İstifadəçilər - “qonaq” kimi gələnlər üçün məsuliyyət nəzərdə tutulmur. Nəzərə alınmalıdır ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlərə xa0ictimai mənəviyyata qəsd edən və əhəmiyyətli zərər vuran ictimai təhlükəli əməllər aid edilir. Bu kateqoriyadan olan cinayətlərin predmeti qismində fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvaları saxlamaq, obyekti isə ictimai mənəviyyat çıxış etdiyindən istifadəçilər-qonaqlar da cinayətin subyekti kimi məsuliyyət daşımalıdırlar. Başqa cür mənəvi dəyərləri qorumaq çətindir. Məsələnin ağırlaşdırıcı halı onunla bağlıdır ki, fahişəlik insanların sutka ərzində istismarınaxa0 və transmilli mütəşəkkil cinayətkarlığının spesifik növü- insan alveri cinayətlərinin tərkibi üçün imkan yaradır.

xa0Bəs, cəmiyyətə xa0zidd davranan xa0şəxslərə xa0hansı xa0vasitələrlə təsir etmək olar?xa0 İlk növbədə:

- Belə şəxslərlə profilaktik söhbətlər etmək;

- Gələcəkdə hüquqpozmaları doğuracaq hərəkətlərə xa0bir daha yol verməmək və yaxud, cəmiyyətə zidd davranışları bir daha təkrar etməmək xa0məqsədilə rəsmixa0 xəbərdarlıqxa0 etmək və nəzərinə çatdırmaq;

-Hərəkətlərini xa0qəlibə xa0sala xa0bilməyənləri xa0profilaktik xa0qeydiyyataxa0 və xa0nəzarətə götürmək və s.

Belə çıxır ki, əxlaqa və ictimai mənəviyyata zidd davranan şəxsi çağırıb ona yuxarıda xa0qeyd olunan xa0kriteriyalar xa0daxilində xa0xəbərdarlıq etmək və yaxud, onu profilaktik qeydiyyata almaqla mənəvi dəyərləri qorumaq mümkündür.. Amma bir az dərindən düşünəndə xa0davranışı xa0mənəvi xa0qəlibə xa0sığmayan xa0şəxslə xa0profilaktik söhbət xa0etdikdən sonra xa0o, sərbəst xa0buraxılmaqla ona xa0şirnikləndirici imkanlar veririk. Belə hallarda bəzən ağır cinayətlərin xa0törədilməsinə şərait yarana bilər. Anlaşılmazlıq və boşluq burda yaranır... xa0

Əgər cinayətlər aysberqinxa0 görünən xa0zirvəsidirsə, səbəblər xa0və doğuracaq şərait, digər faktorlar xa0aysberqin xa0dərinliyində xa0kök xa0salır, onu görüb aradan qaldırmaqxa0 və müəyyən vasitələrlə qarşısını almaq mürəkkəb və vaxt tələb edən məsələdir.

İctimai münasibətlərin növü və ictimai şüurun (düşüncənin) xüsusi forması kimi insan davranışlarınınxa0 xa0tənzimlənməsinin xa0mühüm üsullarından biri kimi mənəviyyat bütün cəmiyyətlərdə diqqət çəkmişdir. Mənəviyyatın özünə xas, spesifik cəhətləri var. Gənc nəslin milli, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mənəvi dəyərlərin rolu böyükdür. Mənəviyyat özündə insanlar arasında münasibətlərin xarakterini müəyyən edən normalar və prinsiplər sistemini birləşdirir. Xeyir və şər, ədalət və ədalətsizlik, ləyaqət və ləyaqətsizlik anlayışlarının dəyərləndirilməsinə imkan verir. Bu mənada mənəvi dəyərlər qorunmaqla xa0mənəvi xa0tələblərə riayət olunur, daxili aləmin – ruhun gücü və hər bir şəxsin vicdanının təsiri ilə dəyər qazanır.

Mənəvi dəyərlərin əsas, diqqət çəkən cəhətləri onunla ölçülür ki, həmin dəyərlər sayəsində xa0insanların düşüncələri xa0və xa0davranışları həyatın bütün sahələri üzrə tənzimlənir. (istehsalat fəaliyyətindən tutmuş ailə, məişət, şəxsiyyətlərarası və s. münasibətlərin tənzimlənməsinə qədər). Mənəviyyat xa0həmçinin qruplararası xa0münasibətləri xa0də xa0əhatə edir.

Ümumiyyətlə mənəviyyat sözü latın dilində “mos”, “mores” –sözündəndir, davranış, dvranışlar, adətlər mənasını verir. Müasir anlamda mənəviyyat deməkdir.

Ona görə də mənəviyyatla davranış arasında hər hansı bir fərq axtarmaq düzgün olmazdı. Bu sözlər sinonimdirlər.

Mənəvi dəyərlərə xeyirxahlığı, vicdanlılığı, şərəf, borc (vəzifə), məsuliyyət və ədalətliliyi aid etmək olar. Mənəvi dəyərlərinxa0 önəm daşıyan bazası şəxsiyyətin inkişafından və tərbiyəsindən, onun həyatda mövqeyini və müvazinətinixa0 qoruyub saxlamasından, fəaliyyətini xa0anlamasından,xa0 ictimai orqanizm və ədalətli cəmiyyət üçün zəruri, xa0mühüm xa0funksiyaları yerinə yetirməkdən ibarətdir.

Xeyirlə-şərin xa0ziddiyət təşkil etməsi xa0mənəvi dəyərlərə xa0xas haldır. Bir qayda olaraq xa0mənəvi dəyərlər insan davranışları ilə bağlı olur. Mənəviyyat bir növ insanlığa xas xa0dəyərləri xa0istehsal edir, xarici aləmlə proseslərdə insanlığın həddini aşkara çıxardır (aşkar edir) və xa0bir-birilərinə xa0alternativ olan xa0xeyirlə-şərə xa0nisbətdə xa0müəyyən xa0bir qəlibdə xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0-ölçüdə hərəkət edir.

Cəmiyyət daim inkişafda olduğu üçün fərdlər bir-birilərinə olan münasibətdə istənilən istiqamətə, gözlənilmədən dəyişilə bilərlər. Fərdlər özlərində müxtəlif mənəvi keyfiyyətləri təxəyyül edə və yarada bilər, istənilən prinsiplə hərəkətini planlaşdıra və reallaşdıra bilər. Lakin cəmiyyətin həqiqi, obyektiv, ədalətli və hamı üçün məqbul sayılanxa0 xa0xa0prinsipi ondan ibarətdir ki, doğru yolla hərəkət etsin və davranışları ilə ictimai münasibətlərə zidd hərəkətlərə yol verməsin, hər hansı bir sosial, dini qrupa zərər yetirməsin. Mən deyərdim ki, məhz elə sosial-mənəvi davranışların xa0özünə xas formalarına uyğun cinayətlərin dinamikasında keyfiyyət və kəmiyyət göstəricilərixa0 baş verir ...

2015, 2016 və 2017-ci illər ərzində ölkə ərazisində ictimai münasibətlərə zidd davranışlar xa0nəticəsində xa0cinayət qanunvericiliyi xa0ilə qadağan edilən (hər il) 26 mindən çox, bəzən az ictimai təhlükəli əməllər (ictimai münasibətlərə zidd davranışlar) qeydə alınır. Bu dövrlər ərzində həyata keçirilmiş əməliyyat-axtarış, profilaktik və xəbərdarlıq xa0xarakterli xa0tədbirlərin xa0təzahürü xa0olaraq 2015-ci il ilə müqayisədə 2016-cı ildə 1,1%, (-305 fakt) az cinayətlər qeydə alınmışdır. Qeydə alınmış cinayətlərin (2016-cı il ərzində) xa012798-i şəxsiyyət əleyhinə olan faktlar olmuş, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə isə 6835 cinayətlər dinamikada diqqət çəkmişdir. 2017-ci ildə də baş verən cinayətlərin ümumi sayı 2016-cı il ilə müqayisədə 2,7%,cinayətlərin ağır və xüsusilə ağır növləri 9; qəsdən adam öldürmələr 9,5; quldurluqlar 23,6; qarətlər 16,6; dələduzluqlar 11,8; odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayı 12,5 faiz müvafiq olaraq azalmışdır. Həyata keçirilmiş prosesual hərəkətlər, çevik əməliyyat-axtarış tədbirləri, qətiyyəti xa0ilə seçilən və peşəkarlığın nəticəsi olaraq xa026 mindən artıq (bəzən az) baş verən cinayətlərin xa086%-nin açılması təmin edilmişdir.

Polis orqanlarının fəaliyyətini rəğbətlədirən digər diqqət çəkən müsbət hal Dünya İqtisadi Forumunun “2017-2018 illər üzrə qlobal rəqabətlilik” hesabatına əsasən “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə Azərbaycan polisinin (ötən illərlə müqayisədə) 21 pillə irəliləyərək 137 ölkə arasında 54-cü yerdə qərarlaşmasıdır. Bu,çox diqqətəlayiq faktdır.

Göründüyü kimi, real xa0mənəvi xa0həyatda tərbiyəvi şüur - düşüncə hər şəxsin xa0müstəqil davranışlarına xa0sahib çıxır, onun hərəkətlərinə hakimlik edir. Bu dəyərlərə hörmət edib, onu qoruya xa0bilən şəxslər davranışlarını tənzimləyə bilir, xeyirlə şəri, ədalətli mövqeyi ilə ədalətsizliyi üstələyə bilir, ləyaqəti ilə ləyaqətsizliyə qalib çıxır, ictimai münasibətlərə, vətəndaşların hüquq və azadlıqlarına qarşı hörmətsizlik, qanunlara münasibətdə isə itaətsizlik hallarına yol vermir. xa0

xa0Hərəkətlərinəxa0 hakimlik xa0edə xa0bilənlər xeyirxah xa0düşüncələrinin xa0lokomotivinə çevrilirlər. Amma təəssüflə qeyd edim ki, hamı bu sayaq davrana bilmir. Mən, bunu ictimai həyatın xa0çox sahələrinə xa0aid edə bilərəm. Buxa0 gün ictimai mənəviyyata təsir edən, bəzən ona rəvac verən, mənəviyyatsızlığı ictimai şüurda təsdiq edəcək addımlar atılır, əxlaq xa0prinsipləri pozulur. Daha çox televiziyaxa0 verilişlərində, seriallarda, aparıcıların efirdə qəlibə sığmayan,xa0 qayçılanmayanxa0 davranışları ikrah doğurur. Tanınmış, ictimai nüfuza malik, eyni zamanda mənəvi dəyərlərin xa0qorunmasıxa0 üçün çalışanxa0 fərdlərinxa0 çıxışlarına, filoloqlara, təcrübəli xa0psixoloq-həkimlərə, hüquqşünaslara, tanınmış xa0yazıçılara xa0az yer verilir (verilmir). Tele-şoular çox vaxt mənəvi dəyərlərlə üst-üstə düşmür, müsbət əxlaqi nəticə doğurmur.

Vətənpərvərlik hissinin, vətənə sədaqət ruhunun yüksəldilməsixa0 istiqamətində, Cumhuriyyətimizinxa0 100 illiyi xa0ərəfəsində debatların və verilişlərin xa0keçirilməsi daha məqsədəuyğun olardı. Efirdə səslənənxa0 bayağı, şit, mənasız, poetik ruhdan və lirikadan uzaq, “standartlara” cavab verməyən subyektiv təxəyyülün zay məhsulu olan sözlərə bəstələnmiş mahnıların ifası və yaxud geyiminəxa0 sahib çıxa bilməyən bəzi xanımların telesəhnədəki hərəkətləri mənəviyyatdan uzaqdır. Aparıcılar, dəvət olunanlar istədiyi geyimdə, istədiyi kimi danışırlar. Belələri, inciməyin, “Onlara baxırlar” sözünün mənasını anlamırlar! Qız kimi əzilib büzülən kişilərin mənəviyyatdan dərs deməyə mənəvi haqları yoxdur. Bir də axı, nə qədər çalıb-oxumaq olar?! Başqa dərdimiz-sərimiz yoxdur?!

Belə olmaz! Cəmiyyət üçün, mənəvi dəyərlərin qorunması və gənc nəslin sözün həqiqixa0 mənasında inkişafı üçün öyüd, nəsihət verən verilişlər hazırlanmalı, o verilişlərixa0 intellekti iləxa0 idarə edə bilənlər aparmalıdırlar. Bu mənada Az.TV nümunə ola bilər. Kanalların bəzilərində spirtli içkilər hədsiz təşviq olunur. Təbliğat gücü ilə müştərilərə “gəlin alın və ləzzətini də dadın” çağırışı edilir, ictimai qaydanın pozulması, gözləmədiyimiz və arzulamadığımız ağır halların baş verməsi üçün təbliğat kampaniyasının coğrafiyası böyüyür...

Bu hərəkətlərlə də cəhalətin meyvəsi olan pis əxlaq və vərdişləri təbliğ edirik. Cəmiyyətə xa0qarşı törədilə biləcək hər hansı bir kobudluq hallarından çəkindirmək vəzifəsinəxa0 mükəlləf ola bilmirik. Əmin- amanlıqdan xa0daha xa0gözəl nemət nə ola bilər? xa0Bu neməti təmin edənlər və siyasəti formalaşdıranlar var. Onların qədrini bilək. Xalqın xa0rifahı xa0ölkədə xa0təhlükəsizliyin təmin olunmasındadır. Şükür Allaha, bu da var. Hamı vəzifəsini və hüquqlarını xa0bu sayaq anlasaxa0 vəxa0 icra etsəxa0 pis vərdişlərə və davranışlara da yer qalmaz.

xa0Seriallar daha çox ssenari müəlliflərininxa0 həyatını əks etdirir (belə düşünmək olar). Aparıcılarda aktyorluq qabiliyyəti demək olar ki, ya yoxdur, varsa da yalnız xa0özlərini nümayiş etdirmək təəssüratını yaradır, tamaşaçı xa0üçün əsla yaşamırlar. Zənnimcə xa0əsl gözəllik etibar edilən işdən zövq almaqda, ona sədaqət nümayiş etdirməkdə ifadə oluna bilər. Aparıcı “verilişi” özününküləşdirməklə sui-istifadə hallarına yol vermiş olur. Unutmayaq ki, televiziya verilişlərində yayımlanan hərxa0 hansı xa0xoşa xa0gəlməz davranışlar və ifadə tərzləri hər bir tamaşaçının sanki evindən başlayır...

xa0Digər narahatlıq doğuran xa0halxa0 psixoloji gərginlik yaradanxa0 iyrənc reklamların tez-xa0xa0xa0xa0xa0xa0xa0 -tez yayılması ilə bağlıdır. İki xa0nəfərin ehtiyat edib pıçıltı ilə bir-birilərinə söyləmək istədiklərini bəzi televiziya kanalları reklam edir, car çəkir. Az qala hamıya məsləhət görülür ki “bundan alın, qorunarsız”. Yəqin bildiniz nədən söhbət gedir. Bəzən ailə ilə süfrə arxasında şam edərkən verilişlərin müəyyən hissəsində həmin o “bezlər” reklam olunur. Uşaq soruşur: O nədir elə? Cavab vermək olmur! Ayıbdır axı...

Məni qınamayın, bir vətəndaş kimi bunları yazmaya bilməzdim. Sırf vətəndaşlıq mövqeyindən çıxış edərək, bir valideyn və pedaqoq kimi fikirlərimi oxucularla bölüşmək istədim.

Həyat qanunlarına, mənəviyyatımızı, əxlaqımızı xa0əks etdirən, öyüd, nəsihət və tərbiyə kəsb edən dəyərlərə hörmət etsək keçmişimizi qoruyarıq. Allah millətimizi qorusun!

xa0

Şəmsəddin Əliyev

Hüquqşünas - publisist

“Qızıl Qələm” media mükafatı laureatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin