Azərbaycanda kitabxanaların sayı illər keçdikcə azalır, təmirə ehtiyacı olanlar isə çoxalır. 2023-cü ildə ölkədə 2913 kütləvi kitabxana fəaliyyət göstərib. Son beş ildə bu rəqəm 2 dəfədən çox azalıb.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi sistemi üzrə 2023-cü ildə ümumilikdə 766 kütləvi kitabxana binalarının əsaslı təmirə ehtiyacı olub.
Əsaslı təmirə ehtiyacı olan kitabxanaların 131-i şəhər yerlərində, 635-i isə kənd yerlərindədir.
Qeyd edək ki, şəhər yerlərində olan kütləvi kitabxanaların 5-i, kənd yerlərində isə 19-u qəzalı vəziyyətdə olub.
Təmirə ehtiyacı olan kütləvi kitabxanalar illər keçdikcə təmir edilib azalmaq əvəzinə, son 3 ildə artdığı müşahidə edilir.
Nuray, Bizim.Media