Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar – SİYAHI

Hazırda oxunan: Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar – SİYAHI

223079

Bu ilin noyabrın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14 milyard 265 milyon 991 min manat təşkil edib.

Bizim.Media Mərkəzi Banka istinadən xəbər verir ki, regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 12 milyard 645 milyon 875 min manatı Bakı iqtisadi rayonuna məxsusdur.

Dövr ərzində regionlar arasında bankda əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 451 milyon 871 min manat pulu var.

Gəncə-Daşkəsən iqtisadi rayonunda yaşayan əhalinin banklarda 224 milyon 93 min, Quba-Xaçmaz iqtisadi rayonunda yaşayanlar isə 138 milyon 604 min manat bank əmanətinə sahibdir.

Digər regionlar üzrə göstəricini təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin