Qarabağ iqtisadi rayonunda bu ilin III rübündə 617 yeni iş yeri yaradılıb.
Bizim.Media xəbər verir ki, "trend.az" bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 dəfə (129.4%) çoxdur. Belə ki, 2023-cü ilin III rübündə Qarabağ iqtisadi rayonunda 269 yeni iş yeri yaradılmışdı.
Hesabat dövründə iş yerlərinin 194-ü Xankəndidə, 25-i Ağcabədidə, 70-i Ağdamda, 5-i Ağdərədə, 44-ü Bərdədə, 33-ü Füzulidə, 48-i Xocalıda, 16-sı Xocavənddə, 92-si Şuşada, 90-ı Tərtərdə yaradılıb.
Bu ilin 9 ayında Qarabağ iqtisadi rayonunda 1 171 yeni iş yeri açılıb. Ötən ilin eyni dövründə bu göstərici 742-yə bərabər olub. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında sözügedən ərazidə yeni iş yerlərinin sayı 429 ədəd və yaxud 57.8% artıb.
Cari ilin 9 ayında Qarabağ iqtisadi rayonunda yeni açılmış iş yerlərinin 209-u Xankəndidə, 92-si Ağcabədidə, 173-ü Ağdamda, 9-u Ağdərədə, 54-ü Bərdədə, 70-i Füzulidə, 51-i Xocalıda, 30-u Xocavənddə, 324-ü Şuşada, 159-u Tərtərdə yaradılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:14 / 30.11.2024
Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? – RƏSMİ
Hazırda oxunan: Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? – RƏSMİ
Hazırda oxunan: Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? – RƏSMİ
223077
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.