Biləsuvarda hüquq-mühafizə orqanlarının narkotik qaçaqmalçılığına qarşı keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik maddə götürülüb.
Bu barədə Bizim.Media-nın Cənub bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Məlumata görə, 37 yaşlı Adil Qarayev ona məxsus avtomobillə narkotik vasitələri çətin keçilən ərazi vasitəsilə ölkəyə gətirməyə çalışıb. Təqib zamanı məsuliyyətdən yayınmaq üçün o, avtomobili içindəki narkotik maddələrlə birlikdə yandıraraq qaçmağa cəhd edib.
Əraziyə baxış zamanı avtomobildən 7 kiloqram narkotik vasitə, o cümlədən marixuana, heroin, tiryək və 45 ədəd metadon həbi aşkar edilərək müsadirə olunub.
Hüquq-mühafizə orqanlarının operativ tədbirləri nəticəsində Adil Qarayev saxlanılıb və istintaqa cəlb edilib. Faktla bağlı cinayət işi açılıb və məhkəmə qərarı ilə onun barəsində həbs qətimkan tədbiri tətbiq olunub. Bu əməliyyat narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizənin mühüm nümunələrindən biri kimi qeyd olunur.
Sabutay, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:50 / 30.11.2024
Biləsuvarda narkokuryer məsuliyyətdən yayınmaq üçün avtomobilini yandırdı – FOTO
Hazırda oxunan: Biləsuvarda narkokuryer məsuliyyətdən yayınmaq üçün avtomobilini yandırdı – FOTO
Hazırda oxunan: Biləsuvarda narkokuryer məsuliyyətdən yayınmaq üçün avtomobilini yandırdı – FOTO
223075
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.