Biləsuvarda qəzaya düşən avtobusun sürücüsü DANIŞDI – VİDEO

Hazırda oxunan: Biləsuvarda qəzaya düşən avtobusun sürücüsü DANIŞDI – VİDEO

223071

Xəbər verdiyimiz kimi, Naxçıvandan Bakıya gələn sərnişin avtobusu köhnə Ələt-Astara magistralında, Biləsuvar rayon ərazisində "Kamaz"la toqquşaraq qəzaya uğrayıb.

Avtobusun sürücüsü, İran İslam Respublikasının vətəndaşı Əsgər Balazadə Bizim.Media-nın yerli bürosuna hadisə ilə bağlı danışıb.

O bildirib ki, avtobusda 48 nəfər olub:

“Naxçıvanda Bakıya gəlirdik. Yük maşını da digər tərəfdən yola çıxdı və gəlib qabağımıza keçdi, saxlamadı. Avtobusda 48 nəfər var idi, onlardan birinin qolu sınıb”.

Qeyd edək ki, Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən Rasim Bayramovun idarə etdiyi betonqarışdıran yük maşınına çırpılıb. Toqquşmadan sonra yük maşını yol kənarında hərəkətsiz vəziyyətdə dayanan "VAZ-2106" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində bir sərnişin qolundan xəsarət alıb və rayon xəstəxanasına çatdırılıb.

Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin